xəbərlər
Polis Akademiyasının kursantları “ELSA” Azərbaycan tərəfindən keçirilən “Şahid Dindirmə Müsabiqə”sinin yarım final və final mərhələlərində iştirak ediblər
07.11.2023
20 oktyabr 2023-cü il tarixdən 07 noyabr 2023-cü il tarixədək Azərbaycan Respublikası Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin dəstəyi ilə “ELSA” Azərbaycan (Avropa Hüquqşünas Tələbələr Assosiyası) tərəfindən “Şahid dindirmə Müsabiqəsi” keçirilmişdir.
Müsabiqənin keçirilməsi üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən, hüquqşünas ixtisası üzrə ali təhsil verən müəssisələrdən 40 komanda qeydiyyatdan keçmiş, 27 komanda müsahibə mərhəsinə buraxılmışdır. Həmin Universitetlərə Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dipolmatik Akademiyası, Azərbaycan Milli Aviasiya Akademiyası və DİN-in Polis Akademiyası daxildir. Müsahibədə Polis Akademiyasını iki komanda, IV kurs kursantları Əlibala Abulxalıqov və Cavad Əliyev, V kurs kursantları Turqut Süleymanlı və Anar Orucov təmsil etmişlər.
Müsahibə mərhələsində iştirak edən komandaları cinayət hüququ, cinayət-prosessual hüquq və kriminalistika fənləri üzrə vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sual-cavab edilmişlər. Müsahibənin nəticəsi olaraq Polis Akademiyasının hər iki komandası yarım final mərhələsinə buraxılmışlar.
20 oktyabr 2023-cü il tarixdə keçirilən yarımfinal mərhələsində 8 komanda iştirak etmişdir. Komandalar əvvəlcədən hazırlanmış cinayət, cinayət-prosessual və kriminalistika sahələri üzrə kazus əsasında iki nəfər müstəntiq qismində çıxış edərək “xəyali” şahiddən cinayət işi üzrə həqiqətin üzə çıxarılması üçün əhəmiyyətli olan hallara dair məlumatların alınması və cinayətin təsvirinin verilməsi məqsədilə dindirmə prosesinin simulyasiyasını həyata keçirmişlər. Müsabiqənin yarımfinal mərhələsinin qiymətləndirməsi Respublika prokurorluq orqanlarının müstəntiqləri tərəfindən keçirilmiş və 35 bal üzrə qiymətləndirilmişdir.
Yarım final mərhəsində 3 komanda final mərhələsinə yüksəlmişdir. Həmin komandalar Bakı Dövlət Universiteti 35 bal, Polis Akademiyası 33 və BDU-nun digər komandası 33 bal toplamışdır.
07 noyabr 2023-cü il tarixdə Respublika prokurorluğunun Elm-Tədris Mərkəzində müsabiqənin final mərhələsi keçirilmişdir. Müsabiqədə münsif qismində Baş Prokuroruluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Anar Mirkişiyev, Baş prokurorluğun dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtraış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Qədir Məmmədov və Prokurorluğun Elm-Tədris Mərkəzinin böyük prokuroru Çingiz Əlizadə iştirak etmişdir.
Müsabiqənin yekununda Bakı Dövlət Universitetinin komandası 1-ci, Polis Akademiyasının komandası isə 2-ci yerə layiq görülmüşlər.
Tədbirin sonunda birinci və ikinci yerə layiq görülmüş iştirakçılara pul mükafatları verilmiş və sertifikatlar təqdim edilmişdir.