xəbərlər

Polis Akademiyasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Tariximizi öyrənək” adlı bilik yarışı keçirilib

08.12.2023

08 dekabr 2023-cü il tarixində Polis Akademiyasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Tariximizi öyrənək” adlı bilik yarışı keçirilib.

İlk olaraq Ümumilli liderimiz Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov iştirakçıları salamlayaraq Ulu öndər Heydər Əliyevin zəngin irsindən, azərbaycançılıq məfkurəsindən və Azərbaycan tarixindəki əvəzolunmaz rolundan bəhs edib. Akademiya rəisi bu qəbildən olan bilik yarışlarının keçirilməsinin kursantların biliklərinin daha da zənginləşməsində böyük rolu olduğunu bildirib və komandala uğurlar arzulayıb.

Daha sonra moderator komandaları təqdim edib və yarışın şərtlərini diqqətə çatdırıb. Yarışda  əyani təhsil alan I  kurs kursantlarından ibarət 12 komanda və onların biliyini qiymətləndirmək üçün təyin edilmiş münsiflər heyəti iştirak iştirak edib. Həmçinin tədbirdə Akademiya rəhbərliyi, şəxsi heyəti və kursantlar izləyici qismində iştirak ediblər.
3 mərhələdən ibarət yarışda komandalar müəyyən olunmuş vaxt ərzində verilən sualları cavablandırıblar. Eyni zamanda mərhələlərarası fasilələrdə auditoriyaya da suallar ünvanlanıb  və düzgün cavab verən kursantlar müvafiq olaraq  mükafatlandırılıblar.

Münsiflər heyəti tərəfindən qiymətləndirilən komandaların yekun nəticələrinə əsasən “Xocalı” komandası yüksək bal toplayaraq yarışmanın qalibi elan olunub. “Yaşma” və “Dəmir Yumruq” komandaları isə II və III yerlərə layiq görülüblər.
Qalib komanda üzvləri Akademiya rəhbərliyi tərəfindən mükafatlandırılıb.

 
 

Geriyə | Çap versiyası