xəbərlər

Polis Akademiyası digər Ali təhsil müəssisələrinin tələbələrinin marağında

09.12.2023

  Müasir biliklərə yiyələnmiş, sağlam düşüncəli vətəndaş, eləcə də peşəkar gənc kadr yetişdirən Polis Akademiyası bir sıra digər Ali təhsil müəssisələrinin tələbələrinin maraq dairəsinə çevrilib.
Bu məqsədlə 09 dekabr 2023-cü il tarixində Akademiyanın növbəti  “Açıq qapı” tədbirinin qonaqları Bakı Dövlət Universitetinin hüquq və şərqşünaslıq fakültələrinin bir qrup tələbələri olub. Tələbələr Heydər Əliyev Mərkəzi, tədris korpusları, idman zalları və kriminalistik şəhərciklə tanış ediliblər.
Qonaqlara Akademiya haqqında məlumatları özündə əks etdirən lifletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib. Tələbələr Akademiyadan xoş xatirələrlə ayrılıblar.


 
 

Geriyə | Çap versiyası