xəbərlər

Polis Akademiyasında “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda referat müsabiqəsi keçirilib

11.12.2023

11 dekabr 2023-cü il tarixində DİN-in Polis Akademiyasının Qiyabi təhsil şöbəsinin, Dövlət və hüquq nəzəriyyəsi və DİO-nun inzibati fəaliyyəti kafedralarının birgə təşkilatçılığı ilə IV kurs ali təhsilli dinləyiciləri arasında “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusuna həsr olunmuş referat müsabiqəsi keçirilib.

İlk olaraq Ümumilli liderimiz Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra Qiyabi təhsil şöbəsinin rəisi, polis polkovniki Mahir Xalıqov müsabiqəni giriş sözü ilə açaraq Azərbaycanın dahi şəxsiyyəti, Ulu öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki böyük rolu və xidmətləri barədə dinləyicilərə məlumat verib.

Daha sonra IV kursun ali təhsilli dinləyiciləri, polis baş leytenantı Rəşad Xalıqov “Ulu öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir”, polis serjantı Elvin Fərəcov “Heydər Əliyev və Azərbaycan gəncliyi” və polis serjantı Elxan Əliyev “Heydər Əliyevin dövlət quruculuğunda rolu” referat mövzuları ilə çıxış ediblər.
Sonda münsiflər heyəti qalibləri elan edib və bütün dinləyicilərə təhsildə uğurlar arzulayıblar.
 
 
 

Geriyə | Çap versiyası