xəbərlər

Polis Akademiyasının əməkddaşı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib

08.12.2023

06-07 dekabr 2023-cü il tarixində “Hyatt Regency Baku” otelində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın ilk günündə Polis Akademiyasının DİO-nun inzibati fəaliyyəti kafedrasının rəisi, polis polkovniki Rafiq Nəcəfquliyev iştirak edib. Həmçinin  konfransda dövlət və hökumət rəsmiləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, Vəkillər Kollegiyasının üzvləri, BMT və Avropa Şurasının rezident əlaqələn¬di¬ri¬ciləri çıxışlar ediblər.

Konfransda “Zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə çıxış imkanları” və “Məişət zorakılığı hallarının profilaktikası və aşkarlanması’’ mövzuları üzrə panel müzakirələri edilib. Müzakirələrdə məişət zorakılığının qarşısının alınması üzrə milli-hüquqi tənzimləmə, ölkə üzrə həyata keçirilən sosial-hüquqi və iqtisadi islahatlar, aidiyyəti dövlət orqanlarının hüquq tətbiqetmə təcrübəsi, məhkəmə və prokurorluq orqanları tərəfindən həyata keçirilən icraatlar, eyni zamanda məişət zorakılığına qarşı cinayət və inzibati məsuliyyətə dair statistik göstəricilər əsasındakı təhlillər diqqətə çatdırılıb.

Məruzələrdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyində fəaliyyət göstərən uşaq və ailələrə dəstək xidmətləri haqqında qısa xülasələr və video təqdimatlar edilib, habelə ölkə Prezidentinin sərəncamı ilə regionlarda fəaliyyət göstərən böhran mərkəzlərinin fəaliyyətlərinə dair məlumatlar verilib. Panel müzakirələr əsasında daxili işlər orqanlarının məişət zorakılığı üzrə profilaktik fəaliyyəti, böhrana müdaxilə və şəxslərin təhlükəsizliklərinin planlaşdırılması, 2023-cü ilin ötən dövrü ərzində ərazi polis orqanlarının  məişət zorakılığının qarşısının alınmasına dair fəaliyyətindən bəhs olunub.

Konfrans interaktiv müzakirələrlə davam etdirilib.

 

Geriyə | Çap versiyası