xəbərlər

Şagirdlərin “Açıq qapı” tədbirlərində fəal iştirakı Polis Akademiyasına artan marağın təzahürüdür

13.12.2023

Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə əlaqədar Polis Akademiyasında silsilə tədbirlər davam etdirilir.

13 dekabr 2023-cü il tarixində Polis Akademiyasında keçirilən növbəti “Açıq qapı” tədbirinin qonaqları Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseyin X-XI sinif şagirdləri olublar.

Şagirdlər Heydər Əliyev Mərkəzi, tədris korpusları və kriminalistik şəhərciklə tanış ediliblər. Bundan əlavə şagirdlərə Polis Akademiyasına qəbul qaydaları izah edilib, kursantların maddi, sosial təminatları və Akademiyada təhsilin imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilib.

Sonda qonaqlara Akademiya haqqında məlumatları özündə əks etdirən lifletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.

 
 
 

Geriyə | Çap versiyası