xəbərlər

DİN-in Polis Akademiyasının kursantları “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb

16.12.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ali təhsil müəssisələrində ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib.
DİN-in Polis Akademiyasının təhsildə uğurlu nəticələri ilə fərqlənən nümunəvi kursantları Qurbanlı Kənan (IV kurs) və Quluzadə Abul (V kurs) “Heydər Əliyev adına təqaüd”ə layiq görülüblər.


Geriyə | Çap versiyası