xəbərlər

Polis Akademiyasında “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş viktorina keçirilib

19.12.2023

19 dekabr 2023-cü il tarixində Polis Akademiyasında Qiyabi təhsil şöbəsi və İctimai elmlər kafedrasının birgə təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr edilmiş viktorina keçirilib. Yarışda Qiyabi təhsil şöbəsinin I kursunun orta təhsilli dinləyicilərindən ibarət 4 komanda (“Qartallar”, “Şuşa”, “Qarabağ”, “Dəmir Yumruq”) iştirak edib.

İlk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Qiyabi təhsil şöbəsinin rəisi, polis polkovniki Mahir Xalıqov ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nün tarixi haqqında məlumat verərək, bu əlamətdar günün milli birlik, Azərbaycana məhəbbət, mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirdiyini bildirib.

Üç mərhələdən ibarət olan yarışda komandalar müəyyən olunmuş vaxt ərzində verilən sualları cavablandırıblar. Verilən cavablar Akademiyanın müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Eyni zamanda mərhələlərarası fasilələrdə auditoriyaya da suallar ünvanlanıb  və düzgün cavab verən dinləyicilər müvafiq olaraq  mükafatlandırılıblar.
Yekun nəticələrə görə “Qartallar” komandası yüksək bal toplayaraq yarışmanın qalibi elan olunub və komanda üzvlərinə diplomlar təqdim edilib.

 
 
 

Geriyə | Çap versiyası