xəbərlər

Polis Akademiyasının əməkdaşları Azərbaycan Respublikasının Ali Məhkəməsində “Femida Dialoq Platforması” çərçivəsində keçirilən görüşdə iştirak ediblər

25.01.2024

25 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsində  “Femida Dialoq Platforması” çərçivəsində görüş keçirilib.

Azərbaycan Respublikasında fəaliyyət göstərən qabaqcıl ali təhsil müəssisələrinin hüquq fakültələrinin rəhbərləri və professor-müəllim heyətinin dəvət olunduğu tədbirdə Polis Akademiyasını Cinayət prosesi kafedrasının rəisi, polis polkovniki Səyyad Ağayev, DİO-nun inzibati fəaliyyəti kafedrasının rəisi, polis polkovniki Rafiq Nəcəfquliyev və Cinayət hüququ kafedrasının müəllimi, polis baş leytenantı Elnur Nəcəfov təmsil ediblər.

Tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov qonaqları salamlayaraq “Femida Dialoq Platforması” layihəsinin məqsədinin hüquqşünaslar, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutları ilə fəal müzakirələrin təşkili, ortaya çıxan problemlərin həlli və ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlara dəstək verilməsi olduğunu və ildə ən azı bir dəfə keçiriləcəyini bildirib.

Daha sonra tədbir iştiraçılarının çıxışları və təklifləri dinlənilib. Qeyd olunub ki, Ali Məhkəmənin daha vacib hesab etdiyi qərarların əlçatanlığına imkan yaradılsın, bu qərarlar operativ şəkildə konkret elektron ünvana yerləşdirilsin və həmin qərarlardan hüquq ictimaiyyəti vaxtında yararlana bilsinlər.
Ümumilikdə tədbir işgüzar və səmərəli şəkildə baş tutub.
    

 
 
 

Geriyə | Çap versiyası