xəbərlər

Kürdəmir şəhər 1saylı tam orta məktəbin şagirdləri Polis Akademiyası ilə yaxından tanış olublar

02.03.2024

Müasir biliklərə yiyələnmiş, sağlam düşüncəli vətəndaş, eləcə də peşəkar gənc kadrlar yetişdirən Polis Akademiyası Respublikanın bir sıra digər Ali təhsil müəssisələrinin tələbələrinin maraq dairəsindədir. Bu məqsədlə 02 mart 2024-cü il tarixində Akademiyanın növbəti “Açıq qapı” tədbirinin qonağı Kürdəmir şəhər Tofiq İsmayılov adına 1saylı tam orta məktəbin rəhbərliyi, müəllim heyəti və şagirdləri olublar.

Qonaqlar Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi və təbliğ olunması üçün bütün imkanların yaradıldığı Heydər Əliyev Mərkəzi, Akademiyanın tədris korpusları, kriminalistik şəhərcik, Polis əməkdaşlarının idman nailiyyətləri guşəsi, idman zalı və meydançaları ilə tanış ediliblər. Bundan əlavə şagirdlərə Polis Akademiyasına qəbul qaydaları izah edilib və Akademiya haqqında məlumatları özündə əks etdirən lifletlər paylanıb.
Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.


Geriyə | Çap versiyası