xəbərlər

Polis Akademiyasının əməkdaşı "İlin idman hakimi" nominasiya üzrə qalib olub

13.03.2024

Ənənəvi olaraq OLİMPSPORT jurnalı tərəfindən keçirilən “Son 10 ilin ən yaxşıları” nominasiyası üzrə "Qızıl 10-luq" idman sorğusunun 2023-cü il üçün olan qalibləri seçilib.
Beynəlxalq dərəcəli hakim, Polis Akademiyasının Fiziki hazırlıq kafedrasının müəllimi, polis baş-leytenantı Tural Əliyev 2023-cü ilin "Qızıl 10-luq" idman sorğusunun "İlin idman hakimi" nominasiya üzrə qalibi olub.
Tural Əliyev ilk olaraq Bakı Şəhər Xəzər Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilən tədbirdə “Sərbəst güləş” üzrə əməkdar məşqçi, 1-ci kateqoriyalı beynəlxalq hakim, 2023-cü ildə “İlin idman hakimi” olduğuna görə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Təşəkkürnamə ilə təltif olunub.
Daha sonra T.Əliyev 13 mart 2024-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən "Qızıl 10-luq" idman sorğusunun qaliblərinin mükafatlandırılması  mərasimində iştirak edib.




Geriyə | Çap versiyası