xəbərlər

Polis Akademiyası tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” 2024 çərçivəsində ağac əkmə aksiyası keçirilib

19.03.2024

DİN-in Polis Akademiyasında ənənəvi olaraq hər il  keçirilən ağacəkmə aksiyası bu il xüsusi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində həyata keçirilib.

Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanovun təşəbbüsü ilə Akademiyanın yardımçı təsərrüfat sahəsində şam və zeytun ağacları əkilib. Eyni zamanda abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Kursantlarla birlikdə ağac əkən Akademiya rəisi belə aksiyaların gələcəkdə ənənəvi olaraq davamlı olacağını, daha mütəşəkkil və əhatəli şəkildə həyata keçiriləcəyini bildirib.                                                                                                                                                                                                                                        
Akademiyada bu cür aksiyalar mütəmadi olaraq təşkil edilir, ətraf mühitin mühafizəsinin vacibliyi insanların, xüsusilə kursantların diqqətinə çatdırılır. Müəllimlərimiz daim kursantları ekoloji problemlərə qarşı mübarizəyə səsləyir, müxtəlif maarifləndirici proqramlara qoşularaq ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəldirlər.



Geriyə | Çap versiyası