xəbərlər

Polis Akademiyasında Novruz bayramı münasibətilə referat müsabiqəsi keçirilib

16.03.2024

16 mart 2024-cü il tarixində DİN-in Polis Akademiyasının Qiyabi təhsil şöbəsi və DİO-nun inzibati fəaliyyəti kafedrasının birgə təşkilatçılığı ilə II kurs ali təhsilli dinləyiciləri arasında Novruz bayramı münasibətilə Referat müsabiqəsi keçirilib.
İlk olaraq Ümumilli liderimiz Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra Qiyabi təhsil şöbəsinin rəisi, polis polkovniki Mahir Xalıqov müsabiqəni giriş sözü ilə açaraq  Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş  etdirən, uzun əsrlərdən bəri yurdumuzda ümumxalq bayramı kimi qeyd olunan Novruz bayramı haqqında ətraflı məlumat verib.
Daha sonra II kursun ali təhsilli dinləyiciləri polis leytenantı Mahmudov Əbli “Novruz Bayramı ənənələri”, polis serjantları Quliyeva Sevinc “Novruz milli bayramımızdır”, Abdullayev Mustafa “Novruz Baharın müjdəsidir” və İsrafilov Orxan “Novruz Bayramı ərəfəsi çərşənbələr” referat mövzuları ilə çıxış ediblər.
Sonda münsiflər heyəti müsabiqənin qalibini elan edib və dinləyicilərə təhsildə uğurlar arzulayıblar.

 
 

Geriyə | Çap versiyası