xəbərlər

Polis Akademiyasının tədris prosesində interaktiv təlim metodlarının tətbiqi uğurla davam etdirilir

02.04.2024

Müasir təhsil sisteminin tələblərinə uyğun olaraq tədris materialının daha keyfiyyətli mənimsənilməsinə və yadda saxlanılmasına, sərbəst fikir yürütmək və nitq mədəniyyəti vərdişlərinin inkişaf etdirilməsinə nail olmaq olmaq məqsədilə Polis Akademiyasının tədris prosesində interaktiv təlim metodları ilə məşğələ dərsləri keçirilir. Bu dərslərin keçirilməsində debat, karusel, auksion, polemika və digər təlim metodlarından istifadə olunur.

Bu qəbildən olan növbəti dərs 27 mart 2024-cü il tarixində DİO-nun inzibati fəaliyyəti kafedrasının dosenti, polis polkovniki, h.ü.f.d., dosent Şahin Şükürov tərəfindən əyani təhsil üzrə III kursun 6-cı taqım kursantları ilə keçirilib.
Mövzunun quruluşundan irəli gələrək taqım koman¬da¬lara bölünüb. İlk olaraq komandalar fənn praktikumundakı nəzəri və təcrübi sualları cavablandırıb. Daha sonra isə onların təqdimatlarında mövzuya dair hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsi üzrə fikirlər dinlənilib. Kursant Yunis Əliyev “Ərazi polis orqanı - Azərbaycan Respublikası DİN-in vahid sisteminə aid subyekt kimi” referat mövzusu ilə çıxış edib.
Yekunda suallara cavab verən komandalar və məruzəçilər qiymətləndirilib.
    




Geriyə | Çap versiyası