xəbərlər

Polis Akademiyasının əməkdaşı Rusiya Federasiyası DİN-in Ufa Hüquq İnstitutunun təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib

04.04.2024

04 aprel 2024-cü il tarixində Rusiya Federasiyası DİN-in Ufa Hüquq İnstitutunun təşkilatçılığı ilə “Cinayət prosesinin müasir aktual problemləri və həlli yolları” mövzusunda videokonfrans formatında beynəlxalq elmi-praktik konfrans keçirilib.

Rusiya Federasiyası DİN-in Ufa Hüquq İnstitutunun rəhbərliyinin, professor-müəllim heyətinin, həmçinin Rusiya Federasiyası DİN-in bir sıra digər ali təhsil müəssisələrinin nümayəndələrinin, Monqolustan, Özbəkistan, Qazaxıstan və Baqırdıstan Respublikalarından olan iştirakçıların yer aldığı konfransda DİN-in Polis Akademiyasını Cinayət prosesi kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Rafik Quliyev təmsil edib.

“Cinayət prosesinin müasir aktual problemləri və həlli yolları” mövzusu ətrafında bir sıra məruzələrin dinlənildiyi konfransda R.Quliyev “Cinayət prosesində müdafiə hüququnun təmin edilməsi sahəsində aktual problemlər” mövzusu ilə çıxış edib. Məruzədə cinayət prosesində müdafiə hüququnun təmin edilməsi zamanı yaranan nəzəri və praktiki problemlər vurğulanaraq müxtəlif ölkələrin qanunvericiliyi ilə bu sahədə mövcud boşluqlar barədə müqayisəli təhlillər aparılıb.
Ümumilikdə konfrans işgüzar və səmərəli şəkildə keçirilib.
 




Geriyə | Çap versiyası