xəbərlər

Polis Akademiyasının kursantları ilə hakimlər arasında görüş keçirilib

18.04.2024

18 aprel 2024-cü il tarixində DİN-in Polis Akademiyasında “Azərbaycan Hakimlər İttifaqı” İctimai Birliyinin sədr müavini Ələddin Cəfərov, “Azərbaycan Hakimlər İttifaqı” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının hakimi Tahir Kazımov, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimi Zaur Hüseynov, Binəqədi Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Abbas Rzayev və Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovla Akademiyanın IV və V kurs kursantlar arasında görüş keçirilmişdir.

Akademiyanın rəisi, polis general-mayoru Canpolad Daanov qonaqları salamlayaraq qeyd etdi ki,  bu görüşün keçirilməsinin əsas məqsədi kursantların əldə etdikləri nəzəri biliklərin təcrübi bacarıq və vərdişlərlə bağlılığının təmin olunması, məhkəmə təcrübəsi və hüquq-mühafizə fəaliyyətində rast gəlinən aktual məsələlərin birgə müzakirəsinin təmin olunmasıdır.
Daha sonra hakimlərin “Həbs qətimkan tədbirinin tətbiqinə dair ibtidai istintaq orqanlarının vəsatətlərinə baxılması”, “İstintaq hərəkətlərinin məcburi aparılması ilə bağlı məsələlər üzrə məhkəmə nəzarət”, “Məhkəmə tərəfindən istintaq orqanlarının yol verdiyi kobud pozuntularla bağlı cinayət işlərin ibtidai istintaqa qaytarılması” və “Məhkəmənin qərarı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri” mövzularında çıxışları kursant və pedaqoji heyət tərəfindən maraqla qarşılanıb.
Qarşılıqlı diskussiya formatında keçirilən görüşün sonunda mövzular ətrafında müzakirələr aparılmış və  kursantları maraqlandıran suallar cavablandırılmışdır.

Geriyə | Çap versiyası