xəbərlər

Polis Akademiyasının əməkdaşı “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş beynəlxalq seminarda iştirak edib

23.04.2024

23 aprel 2024-cü ilin tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl enerji zonasının qorunmasında mövcud problemlər” mövzusunda keçirilən beynəlxalq seminarda DİN-in Polis Akademiyasının Cinayət hüququ kafedrasının müəllimi, polis baş leytenantı İmamverdi Rəhimov və Akademiyanın əyani təhsil üzrə 2 kursantı iştirak edib.
Həmçinin, seminarda Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitutunun, Milli Aviasiya Akademiyasının, Dövlət Gömrük Komitəsinin Akademiyasının nümayəndələri, kursant və tələbələri, eləcə də Qazaxıstan və Özbəkistan Respublikalarından olan nümayəndələr onlayn formatda iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəis müavini, polkovnik Kazım Kazımov seminar iştirakçılarını salamlayaraq tədbir haqqında ümumi məlumat verib və seminarın işinə uğurlar arzulayıb.
Daha sonra mövzu ətrafında tədbir iştirakçılarının məruzələri dinlənilib və fikir mübadiləsi aparılıb.
Çıxışlarda iqlim dəyişikliyinin bəşəriyyətin üzləşdiyi ən böyük təhlükələrdən biri olduğu diqqətə çatdırılıb, bu təhlükəyə qarşı birgə mübarizənin vacibliyi vurğulanıb və yaşıl dünya naminə qarşılıqlı səmərəli əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində intensiv işlərin aparılmasından və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının COP29 kimi qlobal tədbirin Azərbaycanda keçirilməsinin böyük əhəmiyyətindən danışılıb.    
Ümumilikdə beynəlxalq seminar səmərəli şəkildə baş tutub.



Geriyə | Çap versiyası