xəbərlər

Polis Akademiyasında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan tarixi" adlı fərdi bilik yarışı keçirilib

26.04.2024

26 aprel 2024-cü il tarixində DİN-in Polis Akademiyasında “İctimai elmlər” kafedrası nəzdində fəaliyyət göstərən “Kursant İntellektual Klubu” tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan tarixi" adlı fərdi bilik yarışı keçirilib. Yarışda Akademiyanın əyani təhsil üzrə I, III və IV kurslarında təhsil alan  50 nəfər kursant iştirak edib.
Bilik yarışının keçirilməsində əsas məqsəd Akademiyanın kursantları tərəfindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği, eyni zamanda gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılmasını təmin etməklə onların intellektual səviyyələrinin yüksəldilməsi olmuşdur.

2 mərhələdən ibarət yarışda iştirakçılara hər birində 15 dənə olmaqla 30 açıq tipli sual təqdim olunub.
Verilən cavablar “Kursant İntellektual Klubu”nun üzvlərindən təşkil olunmuş münsiflər heyəti tərəfindən yoxlanılaraq ilk üç yerin qalibləri müəyyən olunub. Nəticələrə əsasən IV kurs kursantı Qaragözov Pərvin (13 xal) I, I kurs kursantı Zeynalov Muxəmməd (12 xal) II və III kurs kursantı Mamedov Aqşin (10 xal) III yerin qalibi olub.
Sonda qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.
 

Geriyə | Çap versiyası