xəbərlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr edilmiş “Sərbəst güləş” üzrə xüsusi təyinatlı ali təhsil müəssisələri arasında keçirilən yarışda DİN-in Polis Akademiyasının komandası 1-ci yerə layiq görülüb

08.05.2024

 08 may 2024-cü il tarixində DİN-in Polis Akademiyasında xüsusi təyinatlı ali təhsil  müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr edilmiş “Sərbəst güləş” üzrə xüsusi təyinatlı ali təhsil müəssisələri arasında açıq turnir keçirilib.

Yarışı Polis Akademiyası rəisinin xidmət və döyüş hazırlığı üzrə müavini, polis polkovniki Əfqan İmanov açıq elan edib və yarış iştirakçılarına Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü münasibətilə Akademiya rəisinin təbrikini və tövsiyələrini çatdırıb.

6 çəki dərəcəsində keçirilən yarışda DİN-in Polis Akademiyasının, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının, Daxili Qoşunların Ali Hərbi Məktəbinin və Heydər Əliyev  adına Hərbi İnstitutun komandaları iştirak ediblər.
Ümumi 45 idmançının iştirak etdiyi yarışın nəticələrinə görə şəxsi birincilikdə 61 kq çəki üzrə II kurs kursantı Mustafayev Yusif 1-ci, I kurs kursantı Əkbərov Tural 2-ci, 65 kq çəki üzrə I kurs kursantı Əhmədov Ramil 2-ci, 74 kq çəki üzrə I kurs kursantları Əbdülov Yusif 2-ci, Nəzərli İsmayıl 3-cü, 79 kq cəki üzrə IV kurs kursantları Yusifzadə Samir 1-ci, Nağıyev Emil 2-ci, I kurs kursantı Qəhrəmanov Nihad 3-cü, 86 kq çəki üzrə IV kurs kursantı Vəliyev İbrahim 2-ci və 92 kq çəki üzrə IV kurs kursantı Bəşirzadə Azər 1-ci yerlərə layiq görülüblər.

Bunlara əsasən qazanılmış medal sayına görə komanda birinciliyində DİN-in Polis Akademiyasının komandası I, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının komandası II, Heydər Əliyev adına Hərbi İnstitutun komandası isə III yerə layiq görülüb.
Tədbirin sonunda qalib idmançılar Akademiya rəhbərliyi tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


 
 
                                                                                             
Geriyə | Çap versiyası