xəbərlər
Polis Akademiyasının əməkdaşı Belarus Respublikasında “Cinayətkarlıqla mübarizədə problemlər və hüquq-mühafizə orqanları üçün kadrların hazırlığı” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir
29.01.2022

Tədbirdə Belarus Respublikası DİN-in Akademiyasının kriminalistika kafedrasının rəisi, h.ü.f.d., polis polkovniki-leytenantı R.M. Ropotun, RF DİN-in Ümumrussiya Elmi Tədqiqat İnstitutunun birinçi müavini, h.e.d., professor, polis polkovniki O.İ.Cokolova; DİN-in Ümumrussiya Elmi Tədqiqat İnstitutunun baş elmi işcisi, h.e.d., professor A.M.Voronov; RF DİN-in Sankt-Peterburq Universitetinin idarəetmə kafedrasının professoru, t.ü.f.d, Q.V.Marcenko; Özbəkistan Respublikası İctimai Təhlükəsizlik Universitetinin professoru, s.e.f.d., R.R. Rəşidov; Belarus Respublikası Daxili İşlər Nazirliyi Akademiyası konstitusiya və beynəlxalq hüquq kafedrasının rəisi, h.ü.f.d., dosent K.D. Sazonun məruzəsi dinlənildi. Konfransda Azərbaycan Respublikası DİN-in Polis Akademiyası “DİO-nun inzibati fəaliyyəti” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, polis polkovniki Şahin Şükürov da iştirak etmişdir. Ş.Şükürov “Daxili işlər orqanlarının fəaliyyətində insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında Konstitusiya əsas sənəd kimi” adlı elmi tezislə məruzə etmişdir.
“Cinayətkarlıqla mübarizədə problemlər və hüquq-mühafizə orqanları üçün kadrların hazırlığı” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzələr ətrafında müzakirələr aparılmış, hüquq-mühafizə orqanlarının təcrübələri və s. kimi məsələlər təhlil edilmişdir. Konfransda çıxış edən qonaqlar beynəlxalq tədbirin keçirilməsini yüksək qiymətləndirmiş və bu əməkdaşlıqdan öz məmnunluqlarını bildirmişlər.