xəbərlər
Polis Akademiyasının kursantları DİO və hissələri arasında “Xidməti çoxnövçülük” üzrə keçirilən yarışda iştirak edib
03.06.2022


Yarışda Polis Akademiyasının Daxili Qoşunların, Əlahiddə Çevik Polis Alayının, Sumqayıt şəhər xüsusi təyinatlı taborunun eləcə də digər qurumların əməkdaşları iştirak ediblər. Xidməti çoxnövçülük üzrə keçirilən yarışa hazırlıq mərhələləri Hərbi kafedranın baş müəllimi polis polkovnik-leytenantı Elşən Hacıyev və Fiziki hazırlıq kafedrasının baş müəllimi, polis baş leytenantı Məhəmməd Məmmədlinin rəhbərliyi altında keçirilmişdir.
Nəticədə 1-3 iyun 2022-ci il tarixlərdə DİO və hissələri arasında keçirilən “Xidməti çoxnövçülük” üzrə yarışda şəxsi kubok uğrunda Akademiyanın komandasından II kurs kursantı Hüseynli Polad Taryel oğlu “Atıcılıq” və “Xİdməti çoxnövçülük” üzrə II, III kurs kursantı Həsənzadə Məhəmmədəli Nizami oğlu isə “Xİdməti çoxnövçülük” üzrə III yerlərə layiq görülərək kubok və medallarla təltif olunmuşlar.