xəbərlər
"SAF 2022 - Beynəlxalq STEAM Azərbaycan Festivalı"nda Hackathon (universitet) kateqoriyası üzrə Polis Akademiyasının komandaları 1-ci və 3-cü yerin qalibi olublar
09.12.2022


Bağlanış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, digər dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, ali təhsil müəssisələrinin rəhbərləri, elmi-tədqiqat institutlarının direktorları iştirak ediblər.


Bağlanış mərasimində çıxış edən AMEA-nın prezidenti İsa Həbibbəyli "STEAM Azərbaycan" layihəsini yeni nəslin intellektual inkişafı üçün düşünülmüş mükəmməl bir layihə adlandırıb və qalibləri təbrik edib.

SAF 2022-nin seçim mərhələsində Akademiyanı kursantlar: Haqverdi Məmməd, Mənsimov Sahib, Quliyev Elşad, Qənbərli Nihad, Şirinov Fəxri təmsil etmişdir.
Hackathon (universitet) kateqoriyası üzrə keçirilən yarışda Polis Akademiyasının komandaları uğurla çıxış etmişlər. Münsiflər heyətinin qərarına müvafiq olaraq “Polis Akademiyası-1” komandası 1-ci yerə, “Polis Akademiyası” komandası isə 3-cü yerə layiq görülmüşlər.
Daha sonra qalib komandalara mükafatlar təqdim edilib.